Almaniya yığmasının heyətində dünya və Avropa çempionu titulunu qazanmış Yurgen Koler həmvətənlərinin Braziliyada keçirilən mundialda qızıl medala layiq görülməsi ilə bağlı fikirlərini bölüşüb. Sportnet.az-ın Almaniya mətbuatına istinadən məlumatına görə, keçmiş müdafiəçi yazısında millimizin baş məşqçisi Berti Foqtsu da xoş sözlərlə xatırlayıb.
Klub karyerası daha çox Münhen "Bavariya"sı ilə bağlı olan veteran futbolçu Almaniya yığmasının hazırkı baş məşqçisi Yoahim Löv və futbolçuları təbrik edib. Koler Almaniya futbolunun uğurlarında Berti Foqtsun da xidmətlərinin olduğunu dilə gətirib: "Hələ dünya çempionatı start götürməmişdən öncə yığmamızdan yaxşı komandanın olmadığını bildirmişdim. İspaniya və İtaliyanın futbolçularının karyeralarının qürub çağını yaşadıqlarını, cənubi amerikalıların isə xoş təsir bağışlamalarına rəğmən, möhtəşəm olmadıqlarını söyləmişdim. Berti Foqtsa xüsusi təşəkkür düşür. Onun ötən əsrin sonlarında gördüyü işlər bu gün də bəhrəsini verir. Yeni əsrdə Yurgen Klinsmann və Yoahim Lövün mütəxəssis kimi yetişmələrində Foqtsun müstəsna rolu var. O olmasaydı bu gün nə Klinsmann, nə də Löv bu səviyyəyə çata bilməzdilər".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |