Daha bir dünya çempionatı başa çatdı. Sportnet.az-ın məlumatına görə, tarixində 4-cü dəfə bu titulu Almaniya yığması qazandı.
Həmin Almaniya ki, vətəndaşlarından biri - Berti Foqts hazırda milli komandamıza başçılıq edir.
Ancaq statistika nə Foqtsun xeyrinədir, nə də hər hansısa bir əcnəbinin. İndiyə qədər baş tutan dünya çempionatlarının hamısında qalib gələn yığmaların "sükanı arxası"nda yerli mütəxəssislər dayanıb.
Statistikaya inansaq Azərbaycan yığması nə vaxtsa dünya çempionu olmaq istəyirsə, əcnəbi baş məqşçiyə etibar edilməməlidir.
Bütün dünya çempionları və baş məşqçilər
1930. Uruqvay - Alberto Suppiçi
1934. İtaliya - Vittorio Pottso
1938. İtaliya - Vittorio Pottso
1950. Uruqvay - Flavio Kosta
1954. AFR - Zepp Qerberqer
1958. Braziliya - Visente Feola
1962. Braziliya - Aymore Moreyra
1966. İngiltərə - Alf Ramsey
1970. Braziliya - Mario Zaqalo
1974. AFR - Gelmut Şen
1978. Argentina - Luis Menotti
1982. İtaliya - Entso Bearzott
1986. Argentina - Karlos Bilardo
1990. AFR - Frants Bekkenbauer
1994. Braziliya - Karlos Alberto Perreyra
1998. Fransa - Eme Jake
2002. Braziliya - Luis Felipe Skolari
2006. İtaliya - Marçello Lippi
2010. İspaniya - Visente Del Boske
2014. Almaniya - Yoahim Löv
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |