Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində "Valletta" ilə keçirdikləri ilk görüşü dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, Qurbanov 1:0 hesablı səfər qələbəsinin növbəti mərhələyə vəsiqə anlamına gəlmədiyini bildirib.
O deyib: "Gördüyünüz kimi, asan oyun olmadı. Maltalılar 90 dəqiqə boyunca göstərdilər ki, hər an qol vurmağa qadirdirlər. Bir neçə qol imkanımız olsa da, minimal hesablı qələbə qazandıq. Amma bu, bizim növbəti mərhələyə keçməyimiz anlamına gəlmir. Bakıda maltalıların vuracaqları qol hesabın bərabərləşməsi deməkdir. Artıq bu oyunu unudub cavab görüşünü fikirləşmək lazımdır. Bakıda bizi heç də asan olmayan oyun gözləyir".
Qurbanov sonda oyuna gələrək, üçrəngli bayrağımızı tribunada açan azsaylı "Qarabağ" azarkeşlərinə verdikləri dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı saat 21:30-da başlanacaq.
1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |