Bakıdakı "Sərhədçi" İdman Olimpiya Mərkəzində cüdo üzrə "Böyük dəbilqə" turniri start götürüb. Sportnet.az-ın məlumatına görə, 41 ölkənin qatıldığı yarışın ilk günündə Azərbaycan yığması 1 dəst medal qazanıb.
60 kq çəki dərəcəsində finalda 2 həmyerlimiz - Orxan Səfərov ilə Vüqar Şirinli üz-üzə gəlib. Görüşdə Səfərov daha inamlı təsir bağışlayıb. O, rəqibinə ipponla qalib gələrək, qızıl medala sahib olub. Şirinli isə gümüş medalla kifayətlənib. Bürünc medala isə 57 kq çəki dərəcəsində çıxış edən Kifayət Qasımova yiyələnib.
Digər cüdoçularımızdan daha yüksək nəticələri İlqar Müşkiyev (60 kq) və Aişə Qurbanlı (48 kq) göstərib. Müşkiyev 5-ci, Qurbanlı isə 7-ci olub.
Qeyd edək ki, yarışın ilk günündə kişilər 60 kq və 66 kq, qadınlar isə 48 kq, 52 kq və 57 kq çəki dərəcələrində mübarizə aparıblar. Növbəti 2 gün ərzində qalan 9 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |