1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan güləşində yeni tarix
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə gənclərin Dünya çempionatında qızların yarışları başa çatıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycanı böyük məşqçi Aslan Ağayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Türkan Nəsirova (44 kq), Şəfəq Muradzadə (48 kq), Almaz İsmayılova (51 kq), Solmaz Həşimzadə (55 kq), Elmira Qəmbərova (63 kq), Raqnetta Qurbanzadə (67 kq) və Səbirə Əliyeva (72 kq) təmsil edib.
Onlardan 1-i qızıl, 2-si bürünc medal qazanmaqla Azərbaycan güləşində yeni tarix yazıblar. Bu, son 5 ildə gənc qızların əldə etdiyi ən yüksək nəticədir. Nəzərə alsaq ki, qadın güləşi ölkəmizdə yeni yaranmış bir idman sahəsidir, o zaman bu nailiyyətin əhəmiyyəti daha da böyükdür.
Qeyd edək ki, gənc qızlarımız indiyədək qatıldıqları Dünya çempionatlarında ilk qızıl medalı 2010-cu ildə qazanıblar. 2013-cü ildə isə analoji yarışı qızlarımız 2 bürünc medalla tamamlayıb. Bu dəfəki dünya çempionatında isə son 4 ildəki qədər medal qazanılıb. Bu nəticə ilə yığmamız komanda hesabında Yaponiya və Rusiyadan sonra 3-cü pillədə qərarlaşıb.