Qeyd edək ki, ötən gün qadın güləşi üzrə yığmamız finalda Rusiyaya uduzaraq, ikinci olub.
Yunan-Roma güləşi
Bolqarıstan - AZƏRBAYCAN - 4:4 (17:19)
59 kq İvo Angelov - Rövşən Bayramov - 9:1
66 kq Konstantin Stas - Kamran Məmmədov - 3*:3
71 kq Svilin Kostadinov - Azad Əliyev 1:2
75 kq Yava Yanakiyev - Rüstəm Əliyev - 6:1
80 kq Daniel Aleksandrov - Elvin Mürsəliyev - 2:6
85 kq Nikolay Bayrikov - Şəhriyar Məmmədov - 2*:7
98 kq Yevgeni Gençev - Araz Həsənov - 0:2
130kq Lyubomir Dimitrov - Sabah Şəriəti - 4:9
Rusiya - AZƏRBAYCAN - 6:2
59 kq Minqiyan Semyonov - Rövşən Bayramov 9:0
66 kq Aleksey Kiyankin - Elman Muxtarov 12:4
71 kq Yuriy Denisov - Azad Əliyev 6:0
75 kq Bilan Nalqiyev - Rüstəm Əliyev 4:2
80 kq Yevgeniy Saleyev - Rafiq Hüseynov 1:0
85 kq Alan Xuqayev -Şəhriyar Məmmədov 1:1*
98 kq Musa Yevloyev - Araz Həsənov 7:0
130
kq Vasiliy Parşin -Sabah Şəriəti 4:7
3-cü yer uğrunda
Macarıstan - Azərbaycan - 2:6
Sərbəst güləş
Türkiyə - AZƏRBAYCAN
57 kq Kaya -Mahmud Məhəmmədov - 0:9 (tuşe)
61 kq Receb Topaç - Əhmədnəbi Qvarzatilov - 14:4
65 kq Kılıçsallayan - Məhəmməd Müslümov - 2:10
70 kq Servet Coşkun - Ruslan Dibirhacıyev - 0:6
74 kq Batuhan Demirçi - Cəbrayıl Həsənov - 0:13
86 kq Fatih Ergin - Aleksandr Qostiyev - 0:10
97 kq Fatih Yasarlı - Aslanbek Alborov - 1:6
125 kq Yunus Emre Dede - Aslan Dzebişov - 5:1
FİNAL. Azərbaycan - Rusiya - 2:6
Sərbəst güləş yığmamız Moskvada baş məşqçi Saypulla Absaidov
və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında çıxış edir. Yığmanın
heyətində Mahmud Məhəmmədov, Mircəlal Həsənzadə (hər ikisi 57 kq), Əhmədnəbi
Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq),
Cəbrayıl Həsənov (74 kq), Nurməhəmməd Hacıyev, Aleksandr Qostiyev (hər ikisi 86
kq), Aslanbek Alborov (97 kq) və Aslan Dzebişov (125 kq) yer alıb.
Baş
məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə
aparan yunan-Roma güləşi yığmasının heyətinə 10 güləşçinin adı daxil edilib.
Yunan-Roma güləşi yarışlarında ölkəmizi Rövşən Bayramov, Elman Muxtarov (hər
ikisi 59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75
kq), Elvin Mürsəliyev (80 kq), Rafiq Hüseynov, Şəhriyar Məmmədov (hər ikisi 85
kq), Araz Həsənov (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edir.
Qeyd edək ki, Avropa Millətlər Kubokunun ilk yarış günündə Azərbaycanın qadın
güləşi üzrə milli komandası finala vəsiqə qazanıb. Həlledici görüşdə rəqib Rusiya yığması olub. Millimiz finalda məğlub olaraq gümüş medal qazanıb.