Özbəkistanın paytaxtı Daşkənddə güləş üzrə böyüklər
arasında keçirilmiş Dünya çempionatının nəticələrində dəyişiklik baş verib.
Sportnet.az-ın məlumatına görə, sərbəst güləş yarışlarında 97 kq çəki dərəcəsində bürünc medal
qazanmış Türkiyə təmsilçisi Şamil Erdoğanın qadağan olunmuş preparatlardan
istifadəsi bir neçə mərhələli yoxlamalardan sonra öz təsdiqini tapıb.
Bununla
əlaqədar Dünya Güləş Birliyi Şamil Erdoğanın 2 illik diskvalifikasiyasına, onun
qazandığı medalın Kuba güləşçisi Javier Cortinaya verilməsinə qərar verib.
Bu qərar komanda hesabında ölkələrin
sıralamasında da təsir edib. Belə ki, Türkiyə yığmasının hesabından bürünc
medalın silinməsi Dünya çempionatını 4-cü sırada tamamlamış Azərbaycan sərbəst
güləş yığmasının bir pillə irəliləməsinə səbəb olub.
Beləliklə, Daşkənddə keçirilmiş Dünya
çempionatını 1 qızıl (Hacı Əliyev - 61 kq) və 1 gümüş (Xetaq Qazyumov - 97 kq)
medalla başa vuran sərbəst güləşçilərimiz komanda hesabında 3-cü yerdə
qərarlaşıb.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |