Valentin Qranatkinin xatirə turnirindəki ilk görüşündə Yaponiya yığmasına qalib gələn Azərbaycan milli komandasının ən yaxşı futbolçusu müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, təşkilatçılar millimizin heyətində Mahir Mədətovu fərqləndiriblər.
Yaponiya yığmasından isə ən yaxşı futbolçu adına Urata İtsuki layiq görülüb.
Qeyd edək ki, Azərbaycan millisinin yeganə qolunu 7-ci dəqiqədə Elnur Cəfərov vurub.