"Komandamın oyunundan razıyam. Dünən çətin oyun keçirmişdik. Bu gün futbolçularımızın yorğun ola biləcəyini düşündüyümüz üçün qarşılaşmadan əvvəl bir qədər narahat idik". Sportnet.az-ın məlumatına görə, bunu Valentin Qranatkinin xatirə turnirində Rusiya-2 komandası üzərində 4:2 hesablı qələbə qazanan Azərbaycanın 1997-ci il təvəllüdlü futbolçulardan ibarət yığmasının baş məşqçisi Nikolay Adam deyib.
Almaniyalı mütəxəssis yorğunluğa baxmayaraq, yaxşı oyun göstərdiklərini bildirib: "Ardıcıl ikinci qələbəmizi qazandıq. Bu, 4 illik işimizin bəhrəsidir. Rəqib də yaxşı təsir bağışladı. Məqsədimizdə dəyişiklik yoxdur. Hər dəfə növbəti oyun haqda düşünürük”.