
Türkiyə milli komandasının sabiq futbolçusu Hakan Şükür 20 yanvar hadisələrinin 25-ci ildönümü münasibətilə mesaj yayımlayıb. Sportnet.az-ın məlumatına görə, ötənlərin məşhur hücumçusu "twitter" hesabında bunları yazıb: "20 yanvar 1990-cı ildə Azərbaycan türklərinə qarşı törədilən qətliamda şəhid olan qardaşlarımızı dua və sayqı ilə anırıq".
Qeyd edək ki, Hakan Şükür əvvəllər də Azərbaycanla bağlı əlamətdar günlərdə paylaşımlar edib.




































































