"Boluspor"a gəldiyim üçün çox məmnunam. Qarşılıqlı razılıq əsasında müqaviləyə imza atdıq". Sportnet.az-ın məlumatına görə, bunu Türkiyənin I Liqa klubu "Boluspor"la yarım illik müqavilə bağlayan Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov deyib.
O bildirib ki, keçidində klub prezidenti Savaş Abak və baş məşqçi Reha Kemal Erginerin böyük rolu olub. Cavadov "Boluspor"da can-başla mübarizəyə hazır olduğunu əlavə edib: "Elə buna görə də buradayam. İnşallah, uğurlu olarıq".
Qeyd edək ki, Vaqif Cavadov "Boluspor"la sonradan 1 il də uzadıla bilməsi şərti ilə yarım illik müqavilə bağlayıb.