Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" son yoxlama matçını Türkmənistanın yüksək liqasında çıxış edən "Altın Asır”a qarşı keçirib. Sportnet.az-ın məlumatına görə, sayca 7-ci sınaq görüşündə qalib müəyyənləşməyib - 3:3.
"Qəbələ"nin heyətində Cavid Hüseynov 40-cı dəqiqədə penalti ilə ilk qolu vurub, Ruslan Fomin isə 54 və 63-cü dəqiqələrdə "dubl" edib.
"Qəbələ": 22. Dmitri Bezotosnı (30. Anar Nəzirov), 7. Ruslan Əmircanov (90. Ekiqo Ehiosun), 44. Rafael Santos, 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə (34. Ürfan Abbasov), 4. Elvin Camalov, 19. Aleksey Qay, 14. Cavid Hüseynov, 32. Mixail Sivakov (9. Viktor Mendi), 27. Bəxtiyar Soltanov, 18. Ruslan Fomin
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 5. Sadiq Quliyev, 25. Adrian Ropotan, 6. Rəşad Sadiqov, 12. Aleksandru Benqa, 17. Qismət Əliyev, 99. Tellur Mütəllimov, 23. Emin Zamanov, 87. Bəhlul Mustafazadə, 13. Murad Musayev
Qeyd edək ki, bu il Antalyada Hollandiya PSV-sinin ikinci komandası ilə qolsuz heç-heçə edib, Türkiyə "Əskişəhərspor”una 1:3, Rusiya "Kuban”ına 0:2 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri Ukrayna "Vorskla”sını 2:1, Türkiyə "Adanaspor”unu 3:2, Macarıstan "Haladaş”ını 2:0 hesabı ilə məğlub edib.