
"Simurq" klubu "İnter"dən icarə əsasında Mirzəağa Hüseynpuru heyətinə qatıb. Sportnet.az-ın məlumatına görə, futbolçu mövsümün sonuna qədər Zaqatala klubunun uğurları üçün çalışacaq.
25 yaşlı yarımmüdafiəçi "9" nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, "Simurq" yaxın günlərdə daha bir neçə futbolçunun keçidi rəsmiləşdiriləcək.








































































