
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu 2 oyunluq cəzalanıb. Sportnet.az-ın məlumatına görə, buna portuqaliyalı hücumçunun "Kordova" ilə La Liqa matçındakı davranışı səbəb olub.
O, 82-ci dəqiqədə rəqib futbolçulara qarşı aqressiv hərəkətə yol verib. Həmin vaxt referi Ronaldunu birbaşa qırmızı vərəqə ilə meydandan qovub. Həmin insidentdən sonra ilin futbolçusunun 4 oyundan 12 oyunadək cəzalandırılacağı bildirilirdi. Amma rəqib futbolçular onu bağışladıqlarını bildirdikdən sonra cəza yüngül olub.
Qeyd edək ki, Kriştianu Ronaldu "Real Sosyedad" və "Sevilya" ilə görüşləri buraxacaq.










































































