1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya Kubokunun sahibləri Bakıya qayıtdı
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Cəmşid Xeyrabadi görüşlərin gərgin idman mübarizəsi şəraitində keçdiyini bildirib və ölkəmizi bu qələbə münasibətilə təbrik edib.
Milli komandamızın üzvü Rəsul Çunayev çətin işin öhdəsindən gəliklərini deyib və sözlərinə belə davam edib: "Çox şadıq. Bütün komanda yoldaşlarımızı, qələbədə əməyi olan hər kəsi təbrik edirəm. Çox çətin görüşlər keçirdik. Amma komanda yoldaşlarımla yüksək əzmkarlıq göstərərək, qızıl medalları qazandıq. Gələcəkdə də uğurlu çıxışlarımızı davam etdirmək niyyətindəyik”.
Komandamızın digər güləşçisi İslam Abbasov da fikirlərini jurnalistlərlə bölüşüb: "Bütün komanda yoldaşlarım kimi, mən də çox xoşbəxtəm. Ağır yarış oldu. İran və Rusiya kimi milliləri məğlub etməklə bütün dünyaya gücümüzü göstərdik. Əsasən də final görülərində hakimlərin haqsızlığı ilə üzləşsək də, sona qədər döyüşdük və qələbə qazandıq. Bizə yaradılan şəraitə görə, Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədov, birinci vitse-prezident Namiq Əliyevə minnətdarlığımı bildirirəm”.