![](/file/pic/news/2015-06/1433236198_9752100141749765.jpg)
"Zlatan İbrahimoviç Bakıya gəldikdən sonra biz xəbər tutduq. Ondan sonra hamı bizə zəng etməyə başladı. Hər kəs onunla şəkil çəkdirmək istəyirdi". Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, İbrahimoviç kimi ulduz futbolçuların Azərbaycana gəlişinə normal baxmalıyıq: "2012-ci ildə qızlar arasında keçirilən dünya çempionatının püşkatma mərasimində yanımızda Fransa millisinin sabiq üzvü, ulduz futbolçu Villi Sanyol oturmuşdu. Belə futbol ulduzlarının Bakıya gəlməsi normal haldır. Artıq bu ölkədə gedən inkişafdan xəbər verir. İbrahimoviç Bakıya gəlibsə, bu o demək deyil ki, biz hər gələnlə layihə həyata keçirməliyik. Ola bilər ki, Bakı 2015 I Avropa Oyunlarını izləməyə böyük ulduzlar gəlsin".