![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739627894_ahmat.jpg)
Şahmat üzrə Azərbaycan çempionatının bütün medalçıları bəlli olub.
Sportnet.az xəbər verir ki, kişilərin yarışında Rauf Məmmədov finalda Şəhriyar Məmmədyarovu məğlub edərək 6-cı dəfə Azərbaycan çempionu olub.
Qadınların mübarizəsində isə Günay Məmmədzadə finalda Gövhər Beydullayenı məğlub edərək çempion olub.
Bürünc medalı isə kişilərdən Misrətdin İskəndərov, qadınlardan Gülnar Məmmədova əldə edib.
Qeyd edək ki, kişilərdən Rauf Məmmədov qalib gələrək 20 min, qadınlarda isə Günay Məmmədzadə 10 min manat qazanıb.