"Oyundan razı qaldım. Prinsipial pozisiya izlədik. Gedişləri saymaq və diqqətli olmaq vacib idi. Rəqib çox dəqiq oynadı. Buna görə qələbə üçün oynamaq mümkünsüz oldu".
Sportnet.az xəbər verir ki, bu fikirləri "ShamkirChess2019"un V turunda dünya çempionu Maqnus Karlsenlə heç-heçə edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib. 34 yaşlı qrossmeyster bildirib ki, görüşdə üstünlük görünmürdü və heç bir perspektiv olmayacaqdı: "Ümumilikdə Şəmkir turnirində oyundan razıyam, nəticədən yox. Vişvanatan Ananda uduzmamalıydım. David Navara ilə görüşdə üstünlüyü qoruya bilmədim. Ümid edirəm istirahət günündən sonra nəticələr daha yaxşı olacaq".
Dünya çempionu Maqnus Karlsen nəticədən razı qalmadığını etiraf etdi. Onun sözlərinə görə partiya istədiyi kimi bitməyib: "Heç-heçəyə nail oldum. Amma oyunun keyfiyyətindən razı qalmadım. Şəmkirdə ardıcıl qələbələrdən sonra liderliyə yüksəldim, bununla belə stabil oynamıram. Səhvlər üzərində işləmək lazımdır".
Qeyd edək ki, sabah "ShamkirChess2019" turnirində istirahət günüdür. Karlsenin hazırda 3,5 birinci, Məmmədyarovun isə 2 xalla 7-8-ci yerləri bölüşdürür.