Azərbaycanda "qızıl dubl"a imza atan “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas mövsümün yekunları ilə bağlı paylaşım edib.
Sportnet.az xəbər verir ki, litvalı mütəxəssis şəxsi sosial şəbəkə hesabında Azərbaycan futbolunda keçirdiyi mövsümün yaddaşlarda qalacağını bildirib.
O, komandasının çempionluq, kubok zəfəri və 33 oyunluq məğlubiyyətsiz seriya ilə tarix yazdığını vurğulayıb: “Bu mövsüm Azərbaycan futbolunda qazandığımız çempionluq, kubok və 33 oyunluq məğlubiyyətsiz seriya ilə yaratdığımız xatirələr, tarix və əlaqələr əbədi qalacaq. “Sabah”dakı hər kəsə əziyyəti, fədakarlığı və töhfəsinə görə minnətdaram. Biz bunu birlikdə bacardıq”.
Baş məşqçi uğurun əsas səbəblərindən birinin komanda ruhu olduğunu da qeyd edib: “Əgər sürətli getmək istəyirsənsə, tək get, uzağa getmək istəyirsənsə, ətrafındakı insanlara güvən və yolu onlarla paylaş”.
Dambrauskas karyerasındakı 12-ci və 13-cü titulları qazandığını da əlavə edib: “Bu, möhtəşəm hiss və böyük xoşbəxtlikdir. Arzular insanı daha da irəli aparır”.
















































































