2026-cı il dünya çempionatına hazırlaşan Türkiyə millisi yoldaşlıq görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, rəqib Şimali Makedoniya yığması olub.
İstanbuldakı "Chobani" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Qolları Orkun Kökçü 2-ci, Can Uzun 16-cı, Deniz Gül 53-cü və Barış Alper Yılmaz 70-ci dəqiqədə vurub.
7-ci dəqiqədə başından zərbə alan Eren Elmalı 28-ci dəqiqədə əvəzlənməli olub. Onun yerinə meydançaya Zeki Çelik daxil olub. Elmalı stadiondan birbaşa paltardəyişmə otağına, oradan isə xəstəxanaya aparılıb.





































































