İspaniya La Liqası təmsilçisi "Barselona"da ayrılıq dəqiqləşib.
Sportnet.az xəbər verir ki, Kataloniya klubu hücumçusu Robert Levandovskinin başa çatan müqaviləsini yeniləməyəcək.
Bu barədə insayder Fabritso Romano məlumat yayıb.
2022-ci ildə "Bavariya"dan 45 milyon avroya transfer edilən polşalı forvard La Liqa təmsilçisi ilə 3 İspaniya çempionluğu, 3 İspaniya superkuboku və bir dəfə İspaniya kubokunun qalibi olub. Həmçinin o, 2022/23 mövsümündə 23 qolla La Liqanın bombardiri olub.
Qeyd edək ki, 38 yaşı olan Robert Levandovski cari mövsüm "Barselona" forması ilı meydana çıxdığı 44 görüşdə 18 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
















































































