Milli Gimnastika Arenasında idman gimnastikası üzrə AGF Trophy Kuboku start götürüb.
Azərbaycan Gimnastika Federasiyasından Sportnet.az-a verilən məlumata görə, 5 ölkədən 50-yə yaxın gimnastın iştirak etdiyi turnirdə həm qadınlar, həm də kişilər birincilik uğrunda yarışırlar.
Gimnastlar gənclər və böyüklər yaş kateqoriyalarında çıxış edirlər.
Azərbaycanı üç gün davam edəcək turnirdə qadınlar arasında böyük gimnastlar - Nazənin Teymurova, Dəniz Əliyeva, Aytən Məmmədova, Xədicə Abbaszadə, gənc gimnastlar - Albina Əliyeva, Leyla Məmmədzadə, Aynaz Məcidzadə və Lalə Zamanlı, kişilər arasında isə böyük gimnastlar - Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, gənc gimnastlar - Miryusif Əhmədzadə, İlham Salayev, Mahir Səlimov, İsgəndər Cavadzadə və Məhəmməd Rüstəmzadə təmsil edirlər.
Turnirin ilk günündə gənclər yaş kateqoriyası üzrə gimnastlar komanda hesabında və çoxnövçülük proqramında mükafatlandırılıblar.
Həm qadın, həm də kişi gimnastlar komanda hesabında bürünc medal qazanıblar. Fərdi çoxnövçülük proqramında isə qadınlar arasında Leyla Məmmədzadə bürünc medalın sahibi olub.























































































