Şahmat üzrə onlayn Millətlər Kubokunda VIII turun oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, Teymur Rəcəbovun yer aldığı dünya yığması günün ikinci qarşılaşmasında ABŞ kollektivi ilə üz-üzə gəlib.
Rəcəbov bu tur istirahət edib və dünya yığması ABŞ-a uduzub - 1:3.
VIII turda Avropa komandası Hindistanla heç-heçə edib - 2:2. Çin isə Rusiya kollektivini məğlubiyyətə uğradıb - 2.5:1.5
Qeyd edək ki, hazırda Çin 15 xalla liderdir. İkinci sıradakı ABŞ-ın 11, üçüncü yerdəki Avropa yığmasının isə 10 xalı var. Hindistan və Rusiya 5 xalla növbəti pillələri bölüşdürürlər. Dünya yığması isə 2 xalla sonuncu-6-cı yerdədir.
-----------------------------------------------------------------
Bu gün şahmat üzrə onlayn Millətlər Kubokunda VII tura start verilib.
"Report"un məlumatına görə, Teymur Rəcəbovun yer aldığı dünya yığması günün ilk qarşılaşmasında Hindistan komandası ilə üz-üzə gəlib. Qarşılaşma dünya yığmasının məğlubiyyəti ilə yekunlaşıb.
Azərbaycanlı qrossmeyster artıq öz görüşünü başa vurub. O, Hindistan komandasının lideri Vişvanatan Anandla qarşılaşıb. Qara fiqurlarla oynayan 33 yaşlı şahmatçı rəqibinə uduzub - 0:1.
Rəcəbov turnirdə daha əvvəl keçirdiyi 6 görüşdə 4 heç-heçə edib, 2 dəfə isə məğlub olub.
Hindistan - Dünya yığması - 2.5:1.5
Vişvanatan Anand - Teymur Rəcəbov - 1:0
Santoş Vidit - Alireza Firuzca - 0:1
Pentala Harikrişna - Xorxe Kori - 1:0
Harika Dronavali - Mariya Muzıçuk - 0,5:0,5
Günün digər qarşılaşmasında Çin Avropa komandasını, ABŞ isə Çini eyni hesablarla üstələyib. Dünya yığması günün ikinci qarşılaşmasında ABŞ kollektivi ilə üz-üzə gələcək.
Hazırda Çin 13 xalla liderdir, 9 xalı olan ABŞ və Avropa komandaları 2-3-cü yerləri bölüşdürürlər. 5 xala malik Rusiya 4-cü, 4 xalı olan Hindistan isə 5-cidir. Dünya yığması 2 xalla sonuncu-6-cı yerdə qərarlaşıb.