Şahmat üzrə ukraynalı keçmiş dünya çempionu Mariya Muzıçuk və onun bacısı vitse-çempion Anna Mazıçuk Rusiya ilə Belarusun Beynəlxalq Şahmat Federasiyasından (FIDE) çıxarılmasını tələb edən məktubu imzalamayıblar.
Sportnet.az Lvov Regional Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən hər iki qrossmeysterlə əməkdaşlığın dayandırılması və onların federasiya üzvlüyündən kənarlaşdırılması qərara alınıb.
Qeyd edək ki, Lvov Regional Şahmat Federasiyası rusiyalı məşqçilərin, hakimlərin, məsul şəxslərin FIDE-nin himayəsi altında keçirilən yarışlarda iştirakına qadağa qoyulması, həmçinin onların qurumdan kənarlaşdırılmasını tələb edir.