
Qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Gürcüstanla yoldaşlıq görüşü üçün heyəti müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət komanda 26 fevral - 2 mart tarixlərində sınaq xarakterli görüşdə iştirak edəcəklər.
Millimiz bu məqsədlə artıq Gürcüstana yollanıb. Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriləri ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsi olacaq yoldaşlıq görüşü rəsmi xarakter daşıyır və nəticələr FIDE reytinqinə hesablanacaq.