Bu ilin sentyabrında Rumıniyada keçirilməsi planlaşdırılan şahmat üzrə gənclər arasında dünya çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytı xəbər yayıb.
Turnir Rumıniya Şahmat Federasiyasının istəyindən sonra FIDE-nin İdarə Heyətinin qərarı ilə başqa vaxta keçirilib.
Dünya çempionatının yeni tarixi yarışın startına 4 ay qalmış açıqlanacaq.
Qeyd edək ki, dünya çempionatında azərbaycanlı şahmatçıların da iştirakı gözlənilirdi.