
Bu gün kişilər arasında Azərbaycan Çempionatına start veriləcək Sportnet.az-ın məlumatına görə, yarışda 22 zəka sahibi çempion adı uğurunda mubarizə aparacaq.
Çempionatda I-III yerləri tutan şahmatçılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaqlar.
Eyni zamanda 1-2-ci yeri tutan şahmatçılar 2015-ci ildə keçirilən Dünya Kubokuna , 1-3-cü yeri tutan şahmatçılar isə 2015-ci ildə keçirilən şəxsi Avropa Çempionatına vəsiqə qazanacaqlar. Yarış isveçrə sistemi ilə 9 turdan ibarətdir və yanvarın 16-da başa çatacaqdır. Çempionatın ümumi mükafat fondu 5000 Azn təşkil edir.
Qeyd edək ki, 22 zəka sahibinin qatılacağı yarışda millimizin liderləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov iştirak etməyəcəklər.
I tur
Rauf Məmmədov (2642) – İzzət Kənan (2424)
Bəhruz Rzayev (2416) – Eltac Səfərli (2635)
Vasif Durarbəyli (2635) – Ülvi Sadıqov (2414)
Misrətdin İsgəndərov (2405) – Qədər Hüseynov (2610)
Azər Mirzoyev (2549) – Loğman Quliyev (2385)
Orxan Abdulov (2342) – Nicat Abasov (2530)
Pərviz Qasımov (2517) – Kənan Heydərli (2273)
İsmayıl Şahəliyev (2273) – Ürfan Sevdimalıyev (2505)
Ülvi Bacarani (2494) – Nurlan Şabanov (2165)
Vüqar Əsədli (2127) – Vüqar Rəsulov (2491)
Zaur Məmmədov (2487) – Elvin Bayramov (2051)