
"İştirakçı sayından bəllidir ki, reqataya maraq ildən-ilə artır”.
sportnet.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, bu idman növü üzrə yerli və beynəlxalq yarışların növbəti illərdə də işğaldan azad edilmiş ərazilərdə keçiriləciyini bildirib:
"İştirakçı sayından bəllidir ki, reqataya maraq ildən-ilə artır. Suqovuşanda ilk dəfə keçirilən reqatada bu say 4 idisə, indi isə 20-dən çoxdur. Fürsətdən istifadə edib, mükəmməl təşkilatçılığa görə Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasına təşəkkür edirəm".