
“Bu, böyük idman hadisəsidir, həmçinin bunun öz siyasi çəkisi də var”.
Sportnet.az verir ki, bunu millət vəkili Elman Nəsirov Suqovuşanda start götürən "Prezident Kuboku-2025" turniri barədə jurnalistlərə açıqlamasında deyib.
O, yarışın iştirakçı ölkələrində artım olduğunu bildirib:
"Əvvəllər keçirilən turnirdə cəmi 4 ölkə təmsil olunurdu. Hazırda isə bu say 20-ni ötüb.
Bu gün qürur hissi ilə qəhrəman igidlərimizin, canını fəda etmiş şəhidlərin hesabına azad olunmuş torpaqdayıq. Bu torpaqlar 30 il ərzində ermənilərin işğalı altında idi.
İndi buradan dünyaya sülh mesajı göndəririk. Bu, böyük idman hadisəsidir, həmçinin bunun öz siyasi çəkisi də var".
Elman Nəsirov gənclərin avarçəkmə idman növünə maraqlarının artdığını vurğulayıb:
"Gənclər böyük həvəslə avarçəkmə ilə məşğul olmağa başlayıblar. Bu cür turnirlər sözügedən idman növünə diqqət və marağı bir qədər də artıracaq".