
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Prezident kuboku-2025” reqatasının birinci gününə yekun vurulub.
Sportnet.az xəbər verir ki, Suqovuşan su anbarında təşkil olunan ilk mərhələdə 200 metr məsafədə kayak-kanoe yarışları keçirilib.
Azərbaycan təmsilçilərindən Amil Ramazanov, Əlimurad Hacızadə və Mustafa Vəlizadə birnəfərlik kayak qayığında bürünc mükafata layiq görülüblər.
Yarışlar başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, “Prezident kuboku-2025” turniri 1-2 mayda Mingəçevirdə davam edəcək.