Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında növbəti dəfə finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 18 yaşlı idmançı yarımfinal mərhələsində 100 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə finişə 54,11 saniyəyə çatıb.
Final iyulun 8-də olacaq.
Qeyd edək ki, Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə bürünc medal qazanaraq tarixi nəticəyə imza atıb.