Suya tullanma üzrə Azərbaycan idmançısı Bolqarıstanın Varna şəhərində keçirilən "Üçüncü Balkan Gənclər Çempionatı" beynəlxalq turnirində yüksək nəticə göstərib.
Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 10 ölkədən 110 idmançının qatıldığı yarışda Məhəmməd Hüseynov E qrupunda ikinci yeri tutaraq gümüş medala layiq görülüb.
Qeyd edək ki, Azərbaycan idmançıları bu yarışlarda məşqçilər Anton Melnikov və Angelina Melnikovanın rəhbərliyi altında çıxış edirlər.