"Mövcud tədbirlər və qanunvericilik bazası kifayət etmədikdə yeni tədbirlərin nə dərəcədə mümkünlüyü ehtimalını nəzərdən keçirməliyik".
Sportnet.az "Nikkan Sports" nəşrinə istinadən xəbər verir ki, bunu Yaponiyanın baş naziri Sindzo Abe deyib.
O bildirib ki, koronavirus pandemiyasına qalib gəlməyəcəkləri təqdirdə, 2021-ci ildə Tokio Ya Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsi mümkün olmayacaq.
Qeyd edək ki, bu il 24 iyul - 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək.