Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edən Özbəkistan yığması maraqlı addımı ilə diqqət çəkib.
Sportnet.az TASS-a istinadən xəbər verir ki, idmançılar Yaponiya paytaxtına 200 tort, 500 ədəd konservləşdirilmiş plov və mal əti aparıblar.
İdmançılardan biri bildirib ki, gətirdikləri qidaları digər ölkələrin təmsilçiləri ilə da paylaşırlar.
Qeyd edək ki, olimpiadaya 71 idmançı ilə yollanan Özbəkistan 2 medal qazanıb. Taekvondoçu Uluqbek Raşitov qızıl, cüdoçu Davlata Bobonova isə bürünc medal əldə ediblər.