Azərbaycanın kişilərdən ibarət çimərlik voleybolçuları Gürcüstanın Tbilisi şəhərində təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında ilk oyununu keçiriblər.
Azərbaycan Voleybol Federasiyasından Sportnet.az-a verilən məlumata görə, yığma Ermənistan təmsilçiləri ilə qarşılaşıb. Heydər Məmmədli ilə Nəriman Bayramlı cütü hər iki hissəni üstün başa vuraraq 2:0 (21:15, 21:13) hesabı ilə qalib qəlib.
Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşdə Ukrayna voleybolçuları ilə üz-üzə gələcək.