Qadın voleybolçuların Yüksək Liqasının oyunları təxirə salınıb
Qadın voleybolçular arasında Yüksək Liqa oyunları noyabrın 18-dək təxirə salınıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bu qərar qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında iştirakı və yığmaya klublarda çıxış edən məşqçi və voleybolçuların cəlb olunması ilə əlaqədardır.
Qeyd edək ki, İslamiada 7 – 21 noyabrda keçiriləcək.



































































