Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qadın stolüstü tennisçilərimiz uğurla çıxış edirlər.
Sportnet.az xəbər verir ki, Yarışların ilk günündə Uqanda yığmasına 8:2 hesabı ilə qalib gələn Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət komandamız bu gün Pakistanı da 8:3 hesabı ilə məğlub edib.
Bu nəticə ilə millimiz qrup mərhələsini lider kimi başa vuraraq 1/4 finala yüksəlib. Növbəti raundda rəqibimiz Maldiv yığması olacaq.







































































