3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Polşanın paytaxtı Varşava şəhərində keçirilən dünya çempionatının yarımfinalında ABŞ seçməsi ilə qarşılaşıb.
Sportnet.az xəbər verir ki, görüşün sonlarına doğru milli lideri sayılan Brianna Freyzer zədələnərək oyunu tərk edib və əlavə vaxtın yekununda yığma rəqibinə 18:19 hesabı ilə məğlub olub. Qızlar 3-cü yer uğrunda görüşdə Niderland yığması ilə qarşılaşıb. Brianna Freyzerin iştirak etmədiyi görüşdə komanda oyunu 3 basketbolçu ilə davam etdirmək məcburiyyətində qalıb və yekunda rəqibinə 14:21 hesabı ilə məğlub olaraq, ilk dəfə iştirak etdiyi dünya çempionatını 4-cü pillədə başa vurub.












































































