"Təhsil sistemi ilə basketbolun vəhdətini təşkil etmək ən ümdə məsələlərdəndir".
Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev açıqlama verib.
O, uzunmüddətli hədəfləri qarşılarına məqsəd qoyduqlarını bildirib.
Əmrullayevin fikrincə, süni və şişirdilmiş qısamüddətli uğurlar əlverişli üsul deyil: "Peşəkar idmanla təhsilin vəhdətini bir araya gətirmək çətin olsa da, bunun həlli yolunu tapmalıyıq".