Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, D qrupunda yer alan yığma Avstriyanı qəbul edib. Bakıdakı Voleybol Mərkəzində təşkil olunan qarşılaşma Eldar Yusubovun baş məşqçi olduğu kollektivin inamlı qələbəsi ilə başa çatıb - 3:0 (25:19, 25:19, 25:13).
3 turdan sonra Azərbaycanın 9 xalı var. Əvvəlki iki görüşdə Gürcüstan həm evdə, həm də səfərdə eyni hesabla məğlub edilib - 3:0. Əvvəlki matçlarda Sloveniyaya səfərdə 0:3, evdə 2:3 hesabı ilə yenilən Avstriyanın isə 1 xalı var. Milli komanda növbəti oyununu da Bakıda keçirəcək. Yığma sentyabrın 3-də Sloveniya kollektivi ilə üz-üzə gələcək.
Qeyd edək ki, AVRO-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək. Qruplarda birinci və ikinci yeri tutacaq kollektivlər final mərhələsində iştirak hüququ qazanacaq.
----------------------------------------
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası bu gün 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirəcək.
Sportnet.az-ın məlumatına görə, D qrupunda yer alan yığma Avstriyanı qəbul edəcək.
Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlanacaq. Görüşü türkiyəli Meryem Tekol Pelenk və serbiyalı Deyan Rogiçdən ibarət əsas hakimlər idarə edəcək. Qarşılaşma CBC Sport telekanalı ilə canlı yayımlanacaq.
AVRO-2023, seçmə mərhələ
D qrupu (qadınlar)
28 avqust
18:00. Azərbaycan - Avstriya - 3:0 (25:19, 25:19, 25:13)
Hakimlər: Meryem Tekol Pelenk (Türkiyə), Deyan Rogiç (Serbiya)
Bakı, Voleybol Mərkəzi
GİRİŞ SƏRBƏSTDİR
İlk 2 turdan sonra Azərbaycanın 6 xalı var. Hər iki görüşdə Gürcüstan həm evdə, həm də səfərdə eyni hesabla məğlub edilib - 3:0. Sloveniyaya səfərdə 0:3, evdə 2:3 hesabı ilə yenilən Avstriyanın isə 1 xalı var.
Qeyd edək ki, qruplarda ilk 2 yerin sahibləri AVRO-2023-ə vəsiqə qazanacaq.