Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında növbəti oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, yığma yarımfinalda "Özbəkistan TJ" komandası ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 29:28.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsindəki hər üç matçda qələbə qazanıb.