Bakının "İnter" klubunun futbolçusu Nika Kvekveskiri Gürcüstan milli komandasında ilk oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçinin yığmada debütü Cəbəllüttariq millisi ilə AVRO-2016-nın seçmə qrup matçına təsadüf edib.
Start heyətində yer alan Kvekveskiri sonadək meydanda qalıb. "İnter"in sabiq futbolçularından Aleksandr Amisulaşvili də 90 dəqiqə çıxış edib. Baçana Tsxadadze isə 73-cü dəqiqədən oyuna qoşulub. Əvəzində "bankirlər"in daha bir futbolçusu Zurab Xizanişvili sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, görüş Gürcüstan millisinin qələbəsi ilə yekunlaşıb - 4:0. Bununla da baş məşqçi Kaxaber Tsxadadzenin komandası xallarını 9-a çatdırıb. Qonşu ölkə yığması hazırda D qrupunda 5-ci pillədədir.