İspaniya "Real Madrid"inin futbolçusu Xames Rodriges klubun məşq bazasına polislərin nəzarəti altında gəlib. Sportnet.az-ın AS-a istinadən məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları kolumbiyalı yarımmüdafiəçini saxlamaq istəyiblər.
Buna 25 yaşlı oyunçunun saatda 200 km sürətlə hərəkət etdiyi vaxt polislərin "saxla" əmrinə tabe olmaması səbəb olub. O, yalnız bazanın girişində maşınını dayandırıb.
Rodrigesi sürət həddini keçməyə görə sanksiya və polisin əmrinə məhəl qoymama ittihamları ilə cəza gözləyir.