
Azərbaycan Badminton Federasiyası növbəti dəfə "Fair Play" mükafatına layiq görülüb.
Sportnet.az xəbər verir ki, bu dəfə "Fair Play" mükafatı parabadmintonçu Ayan Əliyevaya təqdim olunub.
ISF U-15 Gimnaziada İdman Oyunlarında nümayiş etdirdiyi yüksək idman mədəniyyəti və ədalətli oyun prinsiplərinə sadiqliyinə görə Ayan Əliyeva təşkilatçılar tərəfindən "Ədalətli Oyun" nominasiyasında fərqləndirilib.
Qeyd edək ki, ABF artıq üçüncü dəfədir ki, bu mükafata layiq görülür.