
Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) paradağ xizəyi idman növündə yenilənmiş reytinq cədvəlini açıqlayıb.
Sportnet.az xəbər verir ki, aktivində 725.55 xal olan Azərbaycan paralimpiyaçısı Polad Rzayev daha 131.46 xal qazanaraq reytinq xallarını 594.09-a çatdırıb.
Qeyd edək ki, Polad Rzayev son olaraq iştirak etdiyi Fransanın Auron şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirinin həlledici mərhələsini 7-ci pillədə bitirib.