“Şahdağ Qusar”ın veteran futbolçusu Şərafəddin Məmmədov vəfat edib.
Yaxınlarının Sportnet.az-a verdiyi məlumata görə, mərhum beynindəki onkoloji xəstəlikdən 55 yaşında ikən dünyasını dəyişib.
Məmmədov futbolçu karyerasını 2000-ci ildə başa vuraraq, məşqçi kimi işə başlayıb. 2009-cu ildə qısa müddət "Şahdağ Qusar"ın baş məşqçisi olub, daha sonra Qusar Uşaq Gənclər İdman Şahmat Məktəbində (UGİŞM) uşaq futbolu məşqçisi kimi çalışıb. Onun yetirmələri Namik Ələskərov "Sabah"da, Slavik Alxasov "Turan Tovuz"da, Arsen Ağcabəyov isə "Şamaxı"da forma geyinir.












































































