Qadın futbolçular arasında 2029-cu il Avropa çempionatı Almaniyada keçiriləcək.
Sportnet.az xəbər verir ki, bu barədə qərarı UEFA İcraiyyə Komitəsi qəbul edib və qurumun prezidenti Aleksander Çeferin xüsusi mərasimdə açıqlayıb.
Almaniya rəqiblərindən Polşa və Danimarka – İsveç birgə müraciətini üstələyərək seçilib.
Turnirdə 16 komanda iştirak edəcək və qarşılaşmalar Almaniyanın 8 şəhərində baş tutacaq:
Köln – Köln Stadionu
Dortmund – BVB Stadionu
Düsseldorf – Düsseldorf Arenası
Frankfurt – Frankfurt Arena
Hannover – Niedersachsenstadion
Leyptsiq – Leyptsiq Stadionu
Münhen – Futbol Arenası
Volfsburq – Volfsburq Arena








































































