Türkiyənin “Fənərbağça” klubunun prezidenti Sədettin Saranın narkotik testinin nəticəsi müsbət olub.
Sportnet.az "TRT Haber" nəşrinə istinadən xəbər verir ki, 61 yaşlı funksioner xaricə səfərdən qayıtdıqdan dərhal sonra dindirilməyə çağırılıb.
Qadağan olunmuş maddələrin izləri Saranın saç nümunəsində aşkarlanıb, lakin qan analizində hər hansı maddə tapılmayıb. Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilir.
Qeyd edək ki, Türkiyə Super Liqasında 17 turdan sonra “Fənərbağça” 39 xalla ikinci pillədə qərarlaşıb.







































































