İngiltərənin “Nottingem Forest” komandasının sabiq futbolçusu Con Robertson vəfat edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əfsanəvi yarımmüdafiəçi 73 yaşında ikən dünyasını dəyişib.
Şotlandiyalının ölüm səbəbi açıqlanmayıb.
Robertson “Nottingem Forest”də 1970 – 1983 və 1985 – 1986-cı illərdə çıxış edib. O, komanda ilə birlikdə 1979 və 1980-ci illərdə Avropa Çempionlar Kubokunun qalibi olub. Bundan əlavə, klubun heyətində İngiltərə çempionluğu, İngiltərə Super Kuboku və UEFA Super Kubokunu da qazanıb.
Futbolçu karyerasını başa vurduqdan sonra Con Robertson məşqçilik fəaliyyətinə başlayaraq İngiltərənin “Uikom”, “Norviç”, “Lester”, “Aston Villa” və Şotlandiyanın “Seltik” klublarında köməkçi kimi çalışıb.






































































