“Neftçi”nin qış transfer pəncərəsi üçün maraq dairəsində olan futbolçulardan biri Ukraynada çıxış edir.
Sportnet.az-ın “TaToTake“ teleqram kanalına istinadən məlumatına görə, Bakı klubu “Polesye”nin müdafiəçisi Daniil Beskorovaynı ilə yaxından maraqlanır.
Zədələr səbəbindən cari mövsümdə cəmi 4 oyunda meydana çıxan 26 yaşlı futbolçu ilə bağlı Ukrayna klubu gələn təklifləri dəyərləndirməyə hazırdır.
Bu marağın arxasında müəyyən məntiq dayanır: Beskorovaynı karyerasının ən uğurlu mövsümünü məhz “Neftçi”nin hazırkı baş məşqçisi Yuri Vernidubun rəhbərliyi altında “Krivbass”da keçirib. Həmin mövsümdən sonra müdafiəçi “Polesye”yə transfer olunub.
Onu da əlavə edək ki, “Neftçi”nin hazırda əsas solayaq mərkəz müdafiəçisi təcrübəli braziliyalı İqor Ribeyrodur. Bununla belə, Beskorovaynının sağ mərkəz müdafiəçisi mövqeyində də çıxış etmə təcrübəsi var və o, bu rolda vaxtilə Timur Stetskoviçlə uğurlu tandem formalaşdırıb.






































































